SON DƏQİQƏ: “Neftçi”də üzləri güldürən BİR NEÇƏ XƏBƏR

18 Noyabr 2022 19:00 Neftçi 2 123
SON DƏQİQƏ: “Neftçi”də üzləri güldürən BİR NEÇƏ XƏBƏR

“Neftçi” “Qəbələ” üzərində əldə etdiyi 2:0-lıq qələbə sayəsində turnir cədvəlindəki vəziyyətini düzəltdi.

“Qarabağ”la “Sabah”ın duelindən qol səsi eşidilməməsi “ağ-qaralar”ın əsas rəqibləri ilə xal fərqinin azalmasına səbəb oldu.

İndi baş məşqçi Laurentsiu Regekampfı narahat edən məqam zədəlilərin durumu və qarşıdan gələn vacib oyunlardır.

Bakılılar noyabrın 27-də “Səbail”, bir həftə sonra “Qarabağ”la qarşılaşacaq. Ağdamlılarla oyunun hansı önəm və prinsipiallıq daşıdığını izah etmək artıqdır.

Komandanın orta sahədəki dirəyi Eddi İsrafilov xeyli müddətdir zədədən əziyyət çəkir. Regekampfın etimadını doğruldaraq əsas heyətdə möhkəmlənən Azər Əliyev də ikinci dəfə zədələnməklə komandasının işini çətinə saldı.

Üstəlik, “Qəbələ” ilə qarşılaşmanın ilk hissəsində Mamadu Mboc xəsarət alaraq yerini Solomon Kvirkveliyaya verdi.

Klubun Mətbuat və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyevin Sportinfo.az-a verdiyi məlumata görə, adları çəkilən futbolçuların durumu qənaətbəxşdir.

Eddi, Azər və Mamadu kollektiv çalışmalarda iştirak edir. Hansısa biri zədəsini yeniləməsə, qarşıdakı oyunlarda meydana çıxmalarında problem olmayacaq.

“Ağ-qaralar”ın aparıcı futbolçularından olan Sezar Meza Kolli iyunda aldığı ağır zədə səbəbindən ili başa vurub. Paraqvaylının ən yaxşı halda yanvarda kollektiv hazırlıqlarda iştirak edəcəyi gözlənilir.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti