“Rəhbərlik turnir cədvəli baxımından qarşımıza hədəf qoymayıb“.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi-2”nin baş məşqçisi Rəşad Abdullayev deyib.
“Ağ-qaralar“ın əvəzedici komandası I Divizonda 10 turu arxada qoyub. Aktivində 8 qələbə və 1 heç-heçə olan bakılı gənclər yalnız 1 dəfə məğlubiyyətə üzülüb.
O da çempionatın ilk turuna təsadüf edir. Səfərdə “Mingəçevir“in qonağı olan kollektiv 1:4 hesablı yenilgiyə üzülüb.
Növbəti turlarda qalibiyyətləri sıralayan “Neftçi-2” 25 xal toplayıb və hazırda turnir cədvəlinə başçılıq edir.
“Rəhbərliyin və mənim öz istəyim əsas komanda üçün qələbə ruhlu, müasir futboldan xəbərdar, bacarıqlı futbolçular yetişdirməkdir“ söyləyən Abdullayevi dinləyək:
“Bu gün mənə heç kim demir ki, çempionatı ilk pillədə başa vurmalısan, yaxud medal qazanmalısan.
Məsələn, qış toplanışında bir neçə futbolçumuzun əsas komandanın hazırlığında iştirak etməsi bizim üçün uğur sayılacaq“.

