“Neftçi” 11-ci yeri tutdu - “Fənərbaxça”nın turnirində

18 Noyabr 2022 03:00 Neftçi 858
“Neftçi” 11-ci yeri tutdu - “Fənərbaxça”nın turnirində

“Neftçi”nin U-11 komandası “Fənərbaxça” Futbol Akedamiyasının təşkilatçılığı ilə İstanbul şəhərində keçirilən Can Bartu beynəlxalq turnirində iştirak edib.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Mahmud Əhmədovun yetirmələri İtaliyanın “İnter” (Milan, 0:3), Türkiyənin “Altay” (4:0) və “Başakşəhər” (0:1) komandaları ilə oyunlardan sonra “B” qrupunda 3-cü olaraq 9-12-ci yerlər uğrunda mübarizə aparmaq hüququ qazanıb.

Burada Sofiya ÇSKA-sına 0:4 hesabı ilə uduzan “Neftçi” Türkiyənin “Manisa” komandasına qalib gələrək (1:0) 11-ci yeri tutub.

5 ölkədən 16 komandanın yarışdığı turnirin qalibi finalda “Qalatasaray”ı 2:0 hesabı ilə məğlub edən “İnter” olub.

Digər Xəbərlər
Xəbər Lenti
6 Avqust 16:30 Çək və bizə göndər!