“Neftçi”də işim daha rahatdır” – YENİ GƏLƏN LEGİONER

17 Noyabr 2022 23:40 Neftçi 948
“Neftçi”də işim daha rahatdır” – YENİ GƏLƏN LEGİONER

“Geridə qalan 11 ildə çıxış etdiyim komandaların heç birində çempionatda bir mövsümdə bu qədər qol vurmamışdım”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin yarımmüdafiəçisi Ataa Caber deyib.

İsrailli legioner debüt ilini keçirdiyi Premyer Liqada artıq 4 dəfə fərqlənib. Üstəlik, 1 qolu da avrokuboklarda vurub.

Bu qədər rahatlığın səbəbi nədir? Səbəbkarı dinləyək:

“Əvvəlki məşqçilər məni “6 nömrə” mövqeyində oynadırdı. Belə deyim, daha çox müdafiə planında olurdum.

Amma“Neftçi”də işim daha rahatdır. Dağıdıcı və yaradıcı funksiyasını daşıyıram deyə, özümü olduqca rahat hiss edirəm.

Baş məşqçinin məndən nə istədiyini bilirəm və meydanda tapşırıqları yerinə yetirməyə çalışıram. Hücumameylli oynamağım daha çox qol imkanı yaxalamağıma səbəb olur”.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?