"Neftçi"də gərginlik yaradan qol sevinci: “Qaqaş, yavaş ol da, nə olub?” - VİDEO

15 Noyabr 2022 19:40 Neftçi 1 163
"Neftçi"də gərginlik yaradan qol sevinci: “Qaqaş, yavaş ol da, nə olub?” - VİDEO

"Neftçi" mövsümdə növbəti qələbəsini "Qəbələ" üzərində qazandı.

Doğma meydanda bölgə klubunu qəbul edən "ağ qaralar" vurulan 2 qolla 3 xalı aktivinə yazdırdı.

İlk hissədə Kenni Sayefin möhtəşəm zərbəsi ilə hesab açılmışdı. İkinci yarıda isə Rəhman Hacıyevin zərbəsindən sonra top Səlahət Ağayevə dəyərək bir qədər qəribə trayektoriya ilə qapıdan keçdi.

Ən maraqlı anlar isə qoldan sonra yaşandı. Komanda yoldaşı Qodsvoy Donyo Hacıyevin vurduğu qola ürəkdən sevinməsinə imkan vermədi.

Belə ki, əcnəbi forvard "17 nömrə"nin qol sevincinə şərik olmaq istəyərəkən çiyni ilə komanda yoldaşınım üzünə zərbə vurub.

Donyonun istəmədən etdiyi bu hərəkət qolun müəllifini bir qədər əsəbiləşdirib.

Amma çox keçmədən Rəhman özünə gəlib və Donyonu gülərək qucaqlayıb.

Gərginliklə başlayıb, barışıqla bitən həmin anın kadrların sizə təqdim edirik:

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti