ETİRAZIN NÖVÜ: "Neftçi" azarkeşləri komandadan küsdü - FOTOLAR

12 Noyabr 2022 19:20 Neftçi 1 344
ETİRAZIN NÖVÜ: "Neftçi" azarkeşləri komandadan küsdü - FOTOLAR

Premyer Liqanın 14-cü turu çərçivəsində "Neftçi" "Bakcell Arena"da "Qəbələ"ni qəbul edir.

100-dən artıq qəbələli azarkeş özləri üçün ayrılmış sektorda komandalarını dəstəkləyir.

"Red Black Army" afı ətrafında toplaşanlar bölgə təmsilçisinə dayanmadan dəstək verir.

Bakılıların əsas "qida mənbəyi" "Forza Neftçi" ilə "Neftçimaniya"nın üzvləri də stadiondadır. Lakin sayları heç də gözlənilən qədər deyil.

Turnir cədvəlində "qonşular"ın qarşılaşmasını 100-ə yaxın "forzalı", 10 nəfərdən ibarət "maniyalı" izləyir.

"Ağ-qaralar"ın cari mövsümdə inamsız və qeyri-sabit təsir bağışlaması azarkeş sayına ciddi mənada təsir etməkdədir. Hər halda qrup üzvlərinin say azlığı nəticələrə olan etirazdır.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti