Bir müddət sonra hamı “Neftçi“nin bu istedadlı oğlanından danışacaq - VİDEO+FOTOLAR

12 Noyabr 2022 15:00 Neftçi 2 642
Bir müddət sonra hamı “Neftçi“nin bu istedadlı oğlanından danışacaq - VİDEO+FOTOLAR

Əksəriyyət Azərbaycan futbolunda yeni gənc yerli simaların üzə çıxmamasından şikayətlənir.

Gənclər Liqası və I Divizionun matçlarını izlədikdə, bu fikrin heç də ədalətli olmadığı qənaətinə gəlmək mümkündür.

Məsələn, “Neftçi”nin əvəzedicilərdən və 19 yaşlılardan ibarət komandasının oyunlarına baxdıqda, kifayət qədər istedadlı və mütəmadi inkişaf edən futbolçuların şahidi oluruq.

Bu oyunçulara zamanında güvənmək lazımdır. Çünki onlar da nəzamansa əsas heyətin üzvü olmaq üçün ölkə futboluna töhvə verməyin həyəcanı ilə çalışır, bunun xəyalını qururlar.

Belə perspektiv vəd edənlərdən biri də Aslan Şirinovdur. 18 yaşlılardan ibarət Azərbaycan millisininin də əsas üzvlərindən biri olan 17 yaşlı Aslan “Neftçi-2”nin həyətində yer alır.

Onu daha çox Gənclər Liqasında izləməkdəyik.

Sağ və sol cinah müdafiəçisi kimi sürəti və dəqiq ötürmələri ilə fərqlənən Şirinov həm mövqe seçimi, həm də fiziki göstəriciləri ilə rəğbət toplayıb.

ELÇİN / SPORTİNFO.AZ

VİDEONU BU LİNKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti