Əsas siması “Neftçi”nin fiaskodan qurtarmağın YOLUNU GÖSTƏRDİ

12 Noyabr 2022 16:40 Neftçi 1 099
Əsas siması “Neftçi”nin fiaskodan qurtarmağın YOLUNU GÖSTƏRDİ

Qış fasiləsi yaxınlaşır, “Neftçi” isə hava-su kimi vacib xalları itirməkdə davam edir.

“Ağ-qaralar” çempionluq yolundakı əsas rəqibləri “Qarabağ” və “Sabah”la keçirdiyi 3 oyunun hər birində məğlub olub.

Bu azmış kimi, Premyer Liqaya yeni yüksələn “Turan Tovuz” və autsayder “Sumqayıt”la matçlarda heç-heçə qeydə alınıb.

Əsas məqsədi çempionluq olan bakılılar hazırda lider “Qarabağ”dan 10, ikinci pilədəki “Sabah”dan 8 xal geri qalır.

Bu gedişlə xal fərqini aradan qaldırıb əsas hədəf uğrunda mübarizə aparmaq çətin olmayacaq? Futbolçular mövcud vəziyyətdən çıxmaq üçün nə düşünür?:

İsrailli yarımmüdafiəçi Ataa Caber Sportinfo.az-a deyib:

“Bu gün “Qarabağ”la “Sabah”dan danışmağı doğru hesab etmirəm. Hələ çempionatın yarısına çatmamışıq. Qarşıda bizi olduqca vacib oyunlar gözləyir.

İndi rəqibləri yox, özümüzü düşünmək vaxtıdır. Məşq və oyunlara konsentrasiya olmalı, cədvəldəki fərqi azaltmaq üçün ardıcıl qələbələr qazanmalıyıq”.

İyunda “Neftçi” ilə 2 illik müqavilə bağlayan 28 yaşlı legioner Avropa Konfrans Liqasında və Premyer Liqada meydana çıxdığı 15 qarşılaşmada 5 qol vurub, 3 assistlə yadda qalıb.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti