"Neftçi"dən zəng gəldi, klub rəhbərliyinə ayrılmaq istədiyini dedi

9 Noyabr 2022 11:40 Neftçi 2 162
"Neftçi"dən zəng gəldi, klub rəhbərliyinə ayrılmaq istədiyini dedi

"Çernomorets"in baş məşqçisi Roman Qriqorçuk yenidən Azərbaycana qayıtmaq fürsəti əldə edib.

Ukraynalı 2014-cü ilin dekabrından 2018-ci ilin mayınadək "Qəbələ"ni çalışdırıb.

Onun rəhbərliyi dövründə "qırmızı qaralar" gümüş və iki dəfə bürünc medallar, həmçinin ardıcıl iki mövsüm Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Hazırda isə Qriqorçukun Ukraynada işləri qətiyyən yaxşı getmir. Odessa təmsilçisi ölkə çempionatında uğursuz çıxış edir. 10 tura 3 xal toplayan komanda 16 iştirakçı arasında sonuncu yeri tutur.

Sabiq «Qəbələ»li buradan ayrılmaq istədiyini "Çernomorets" rəhbərliyinin diqqətinə çatdırıb. Axı Bakıdan onunla əlaqə saxlayıblar. Zəng "Neftçi"dən vurulub.

Bakılılar hələ iyunda, Samir Abasovdan sonra onunla ilk dəfə təmasa keçib. Lakin müharibə səbəbindən Ukraynada elan olunan fövqəladə vəziyyətə görə o, həmin vaxt ölkə ərazisini tərk edə bilməmişdi.

«Neftçi»ni 5 aydır Lorentsiu Regekampf çalışdırır. «Ağ-qaralar» rumıniyalı ilə 2 illik müqavilə imzalayıb. Çox təəssüf ki, paytaxt təmsilçisi onun rəhbərliyi altında bərbad çıxış edir.

Komanda yayda Konfrans Liqasında cəmi 1 mərhələ adlaya bildi. Premyer Liqanın arxada qalan 13 turu isə kollektivi hədəflərindən uzaq salıb.

20 xalla turnir cədvəlinin 3-cü pilləsində yer alıblar: lider «Qarabağ»dan 10 xal, ikinci sıradakı «Sabah»dan 8 xal geri qalırlar.

Rege artıq buradan uzaqlaşmağın planlarını cızır. O, ikillik müqaviləyə vaxtından əvvəl xitam verilməsinə hazır olduğunu rəsmilərin diqqətinə çatdırıb.

Üstəlik, SOCAR klubun həm idarəçilik formatından, həm də nəticələrdən kəskin narazıdır və islahatlar aparmaq niyyətindədir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti