“Cəzalandırılacağıq” – “Neftçi”nin ən faydalı transferi DİLƏ GƏLDİ

8 Noyabr 2022 20:00 Neftçi 1 162
“Cəzalandırılacağıq” – “Neftçi”nin ən faydalı transferi DİLƏ GƏLDİ

Mövsümə çempionluq iddiası ilə başlayan “Neftçi” əsas hədəfindən uzaqlaşmaqla yanaşı, 2-ci pilləyə də yaxın duşə bilmir.

Ardıcıl xal itkiləri “ağ-qaralar”ı “Sabah”dan 8, “Qarabağ”dan 10 xal geri salıb. Vəziyyət qısa zamanda yaxşıya doğru dəyişməsə, 3-cü pillə də əldən gedəcək.

Yayda edilən transferlər hələ ki, komandaya gözlənilən faydanı verə bilmir. Aralarında az-çox seçilən Ataa Caberdir.

İsrailli yarımmüdafiədə oynamasına baxmayaraq, cari mövsümdə 4 qol vurub, 3 qolun ötürməsini verib. “Sumqayıt”la matçda vurduğu top tirə tuş gəlməsəydi, qolların sayı artacaqdı.

Caber Sportinfo.az-a açıqlamasında komandasının üzləşdiyi durumu şərh edib:

“Ard-arda məyusedici nəticələr alırıq. Bu, heç də yaxşı hal deyil. Həvəsdən düşməməliyik, əksinə, büdrəmələrdən dərs almalıyıq.

Rəqibin adına baxmayaraq, bütün komandalar önündə konsentrasiyanı qorumaq və qol şanslarından maksimum yararlanmaq vacib amildir. Bunları etməsək, cəzalandırılacağıq”.

İyunda “Neftçi” ilə 2 illik müqavilə bağlayan 28 yaşlı futbolçu Avropa Konfrans Liqasında və Premyer Liqada meydana çıxdığı 15 qarşılaşmada 5 qol vurub, 3 assistlə yadda qalıb.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti