"Neftçi"nin Sumqayıt fiaskosun onun adına yazmaq olar?

7 Noyabr 2022 22:20 Neftçi 1 487
"Neftçi"nin Sumqayıt fiaskosun onun adına yazmaq olar?

Laurentsiu Regekapmf “Sumqayıt” səfərində (2:2) “Neftçi”nin qapısını Rza Cəfərova tapşırmışdı.

Bu, 19 yaşlı qolkiperin mövsümdə ilk matçı idi. 2 qol buraxdığını və xal itkisini nəzərə alsaq, ilk matçı onun üçün uğursuz debut kimi qiymətləndirmək olar.

Amma Sumqayıtdakı fiaskonu heç bir halda Rzanın ayağına yazmaq olmaz. Bunu ona görə xüsusi qeyd edirəm ki, “Neftçi” cəbhəsində xal itkisini onun adına yazmağa çalışanlar var.

Əvvəla, buraxılan heç bir qolda gənc qapıçını birmənalı olaraq qınamaq olmaz. Hə, bəlkə də ilk qolda onun səhvi müzakirə oluna bilər.

Müzakirəyə açıq səhvləri isə mövsüm boyu həm əcnəbi İvan Brkiçdə, həm təcrübəli yerli Aqil Məmmədovun ifasında az görməmişik.

Elə həmin ikili öncəki 12 turda öz qapısından 12 qol buraxıb. Xorvatiyalı oyuna 5 oyuna 7-sin buraxıbsa, Məmmədov 7 oyunda 5 qolu tordan çıxarmalı olub.

Yəni orta hesabla Rzasız “Neftçi” də son oyundakı statistikaya sahibdir. Belədə yeni günahkar ovuna çıxmağa, gənc bir futbolçunu sındırmağa ehtiyac yoxdur.

Hazırkı “Neftçi” onsuz da Regekapmfın rəhbərliyi altında bərbad nəticələri sıraya düzür.

Heç olmasa nəticələr pisdi-pisdi, belə gənclər arada şans qazansa hamının da bir təsəllisi olar. Ki, uğur olmasa da yetişən, inkişaf edən daha bir azərbaycanlı balasına sevinmiş olarıq.

Həm də gələcəkdə “ağ-qaralar” hansısa ikinci sort əcnəbi qapıçıya möhtac qalınca, elə Rza Cəfərov qapıda dayanar da.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti