"Neftçi"nin istədiyi yarımmüdafiəçi Ukrayna klubunun transfer siyahısında

7 Noyabr 2022 03:30 Neftçi 1 479
"Neftçi"nin istədiyi yarımmüdafiəçi Ukrayna klubunun transfer siyahısında

21 yaşlılardan ibarət yığmamızın yarımmüdafiəçisi Emil Mustafayevə bir neçə klub maraq göstərir.

Sportinfo.az xəbər verir ki, sportal.az-a etibarlı mənbədən daxil olan məlumata görə, hazırkı klubu "Aleksandriya"da çox da oynamaq şansı tapmayan Mustafayevi transfer etmək isətəyn klublardan biri "Neftçi"dir.

Bakı klubu yığmamızın futbolçusunu hələ yayda heyətinə qatmaq istəyirdi. Amma bu keçidi mövsümün əvvəlində həyata keçirmək mümkün olmamışdı.

Emilə maraq göstərən digər komanda isə Ukrayna təmsilçisidi. "Lvov" qışda yığmamızın üzvünü icarəyə götürmək üçün "Aleksandriya"ya müraciət edəcək.

Ehtimal edilir ki, hazırki klubunda oynamaq şansı tapmayan Mustafayev "Lvov"a icarəyə yollanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?