"Neftçi"nin prezidenti bu sözləri oxusa... Narazılıq pik həddə!

6 Noyabr 2022 21:20 Neftçi 1 300
"Neftçi"nin prezidenti bu sözləri oxusa... Narazılıq pik həddə!

“Neftçi” Sumqayı səfərindən 1 xalla qayıtmaqla turnir cədvəlində “Qəbələ”nin yaxınlaşmasına, “Qarabağ” və “Sabah”la xal fərqinin artmasına şərait yaratdı.

Ötən mövsüm komandaya gümüş medallar qazandıran Samir Abasovu yola salıb iyunda əcnəbi Laurentsiu Regekampfı gətirən rəhbərliyin mövcud durumla bağlı nə düşünməsi sual doğuran məqamdır.

Kənardan görünən odur ki, “ağ-qaralar”ın əsas problemi zədəlilərin çoxluğu yox, daxildə ab-havanın qaydasında olmamasıdır.

Baş məşqçinin “Sumqayıt”la matçdan sonrakı mətbuat konfransında dilinə gətirdikləri də bunun sübutudur.

Autsayderlə qeydə alınan 2:2-lik bərabərlikdən sonra “Neftçi” azarkeşləri özünə yer tapa bilmir. İzləyicilərin klubun sosial şəbəkə hesabında yazdığı şərhlər azarkeşlərdə yaranmış inamsızlığa dair ciddi siqnaldır.

Həmin mesajlardan bir neçəsini təqdim edirik:

“Ölün, yerə girin, Kamran qarışıq”.

“Özünüz bildiz də nəsiz”.

“Belə oyunla biz turnir cədvəlində 3-cü yerdəyiksə, böyük işdir”.

“Çempionluğa oynayan komanda qura bilməyən naşı, savadsız, səriştəsiz klubun rəhbərliyi, rədd olub gedin bu klubdan. Zaur Əzizovun da gətirdiyi futbolçulara bir quş. Hələ bu rəhbərlərin iştahasından büdcənin artırılması keçir. Bu rəhbərlərə büdcəni artırmaq qətiyyən olmaz!

Utanın, utanın, utanın! Bu da əcnəbi transferlərlə qurduğunuz yeni heyət. Kamran Quliyev başda olmaqla “Neftçi”ni rəzil günə qoyan idarəçilərə ayıb olsun! Baş məşqçilik bir şey yoxdur. Bütün günah futboldan anlayışı olmayan Kamran Quliyevdədir. “Sumqayıt”, “Turan Tovuz”la bacara bilmirsiniz, “Sabah”ı keçib 2-ci olacaqsınız? Özünüzü həkimə göstərin, “möhtərəm” klubu bu günə salanlar”.

“Bir yolu var, ölkə başçısına videomüraciət etmək. Başqa çarəmiz yoxdur. Yoxsa bu işbazlardan qurulan rəhbərlik “Neftçi”nin axırına çıxacaq. Bunlarda nə şərəf var, nə də vicdan”.

“Neftçi”ni adi, boz bir komandaya çevirdilər. Lənətə gəlin! Haramınız olsun! Rəhbərlikdən tutmuş futbolçulara qədər”.

“Əsəbdən dırnaqlarımı yeyirdim oyuna baxa-baxa. Deməyə söz yoxdur, klub bərbad gündədir”.

“Kamran bu oyundan sonra istefa verəcək, baxarsınız. Axı, vicdanı qəbul etməz “Neftçi”nin uğursuzluqlarını”.

“Nə vaxta qədər dərman içə-içə “Neftçi”yə baxacağıq? Səbəb nədir?”

“Klub AFFA-nın və onun təyin etdiyi icraçıların əlindən alınmalıdır. Klub SOCAR-ın nəzarətinə keçməlidir. Klub AFFA-dan alınmayana qədər bu klubdan heç bir uğur gözləməyin”.

“Deyəsən komandanı tarixin yaddaşına köçürmədən əl çəkən deyilsiniz”.

“Kamran, özünə hörmət et! Məncə, pul hər şey demək deyil”.

Cari mövsümdə qeyri-sabitliyi ilə diqqət çəkən “Neftçi” 13 oyunun 8-də qələbə qazanıb, 2-də heç-heçə edib, 3-də məğlubiyyətlə üzləşib. Laurentsiu Regekampfın çalışdırdığı komandası 26 xalla 3-cü pillədə qərarlaşıb.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti