Kamran Quliyevə açıq məktub var: “Çıx, kişi kimi...” - FOTO

6 Noyabr 2022 16:00 Neftçi 1 357
Kamran Quliyevə açıq məktub var: “Çıx, kişi kimi...” - FOTO

“Kamran Quliyev, bilirəm ki, burda yazılanları ya özün oxuyursan, ya da sənə çatdırırlar. Vallah, ayıbdır”.

“Neftçi”nin Göyçayda yaşayan Elnur Əhmədov adlı azarkeşi Premyer Liqanın 13-cü turu çərçivəsində “Sumqayıt”la “Neftçi” arasında baş tutan oyundan sonra bu sözləri yazıb.

37 ildir “ağ-qaralar”a azarkeşlik etdiyini bildirən şəxs Sumqayıtda qeydə alınmış 2:2 hesablı bərabərlikdən sonra klubun “feysbuk” səhifəsindəki xəbərin şərh bölümündə ürəyini boşaldıb.

O, komandanın uğursuz nəticələrinin əsas səbəbkarı kimi klub prezidentini göstərərək Kamran Quliyevə səslənib:

“Sənin “Neftçi”yə rəhbərlik etməyə gücün yoxdur. Sadəcə 0. Bəsdir bu vəzifədən yapışdın. Çıx, kişi kimi istefa ver və get.

Allah haqqı 37 ilin azarkeşi kimi mən bu oyunlara və komandanın vəziyyətinə görə utanıram. Amma görürəm ki, sizdə utanmaq hissi yoxdur.

Kamran Quliyev, görürsən ki, gücün çatmır, idarəetmə bacarığın yoxdur. “Neftçi” məhəllə komandası deyil, amma rəhbərliyin altında məhəllə komandası olmağına az qalıb.

37 ilin azarkeşi kimi sənə bir azərbaycanlı məsləhəti verim: elə bu gün özündə cəsarət tap və istefa ver. Mənim məsləhətimə qulaq as, peşman olmarsan. Vallah, düz deyirəm, Kamran Quliyev.

Mən sənə “istefa ver” yazıram. Ancaq sən özün istefa ver və de ki, özüm fikirləşdim”.

Cari mövsümdə qeyri-sabitliyi ilə diqqət çəkən “Neftçi” 13 oyunun 8-də qələbə qazanıb, 2-də heç-heçə edib, 3-də məğlubiyyətlə üzləşib. Laurentsiu Regekampfın çalışdırdığı komandası 26 xalla 3-cü pillədə qərarlaşıb.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti