“Neftçi” problem “bolluğu”na düşdü - “Sumqayıt”la oyundan öncə

5 Noyabr 2022 16:40 Neftçi 996
“Neftçi” problem “bolluğu”na düşdü -  “Sumqayıt”la oyundan öncə

Son vaxtlar zədədən epidemiyası yaşanan “Neftçi”dən xəbər var.

Komandada bu baxımdan vəziyyət yaxşıya doğru dəyişməkdədir.

Xeyli vaxtdır zədəyə görə yaşıl meydanlardan uzaq qalan Azər Əliyev, Vato Arveladze və Azər Salahlı “Zirə” ilə oyunda meydana çıxdı. Həmçinin “Sabah”la oyunun fasiləsində əvəzlənən Yusuf Laval da “11-lik”də yer almışdı.

Buna baxmayaraq, Azər Əliyev bazar günkü matçın 22-ci dəqiqəsində yenidən zədələnib yerini adaşına verdi.

Klubun Mətbuat və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyev Sportinfo.az-a zədəlilərin son durumu ilə bağlı açıqlama verib:

“Azər Əliyev yenidən müalicəyə ehtiyac duyub. Hazırda həkim nəzarətindədir. Eddi İsrafilov məşqlərini kollektivdən ayrı davam etdirir.

Mert Çeliklə Rəhman Hacıyev komanda ilə hazırlıqlarda iştirak etsələr də, əsasən yüngül təmrinlərini yerinə yetirirlər. Adıçəkilənlərin “Sumqayıt”a qarşı oynayacağı inandırıcı görünmür”.

Bu gün “Kapital Bank Arena”da baş tutacaq “Sumqayıt” – “Neftçi” görüşündə cəza səbəbindən İsmayıl Zülfüqarlı da iştirak edə bilməyəcək.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti