"Neftçi" yığmanın yarımmüdafiəçisinə 3+1 illik müqavilə təklif etdi

3 Noyabr 2022 14:00 Neftçi 2 010
"Neftçi" yığmanın yarımmüdafiəçisinə 3+1 illik müqavilə təklif etdi

«Neftçi» gənclər yığmasının və «Sumqayıt»ın futbolçusu Səbuhi Abdullazadə ilə danışıqlara başlayıb.

Bu barədə paytaxt klubundan Sportinfo.az-a məlumat daxil olub.

Redaksiyamıza verilən informasiyaya görə, yarımmüdafiəçiyə 3+1 illik müqavilə təklif edi lib.

«Kimyaçılar»la sözləşməsi mövsümün sonunda başa çatacaq orta sahə oyunçusu «ağ-qaralar»ın çağırışına etinasız münasibət göstərməyib.

Sadəcə, «Neftçi» onu gələn ilin yayında düşərgəsinə gətirmək üçün yetirməsi olduğu «gənclik şəhəri» təmsilçisinə təzminat ödəməlidir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti