“Neftçi”dən “Sportinfo”ya söyləndi: “Bu ayın sonunda Bakıya gələcək”

2 Noyabr 2022 20:40 Neftçi 2 663
“Neftçi”dən “Sportinfo”ya söyləndi: “Bu ayın sonunda Bakıya gələcək”

“Neftçi” cari mövsümün əvvəlindən aparıcı futbolçularından birinin xidmətindən istifadə edə bilmir.

Komandanın yaydakı təlim-məşq toplanışında ağır zədə alan və Paraqvayda müalicə olunan Sezar Meza Kolli hələ də müalicə dövründədir. Bu, öz yerində.

Sual doğuran məqam təcrübəli yarımmüdafiəçinin hələ də ölkəsində olmasıdır.

Adətən, ölkə xaricində əməliyyat olunan futbolçular 15-20 günlük, uzağı 1 aylıq fasilədən sonra Azərbaycana qayıdıb müalicə və bərpa dövrünü komandada keçir.

Lakin Meza Kolli 4 aydır Paraqvaydadır və sanki Azərbaycana dönmək fikri yoxdur.

Müəmmaya aydınlıq gətirmək, “10 nömrə”nin gələcək aqibətini öyrənmək üçün klubun Mətbuat və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyevlə əlaqə saxladıq:

“Hansısa müəmmadan söhbət gedə bilməz. Sezar Meza Kolli əməliyyatdan sonrakı bərpa prosesini Paraqvayda keçir.

Bununla bağlı futbolçunun özü və həkimlərlə danışıqdan sonra qərar qəbul olunub. Bildiyimə görə, durumu yaxşıya doğru dəyişməkdədir.

Bu ayın sonunda Bakıya gələcək və yerdə qalan proseslər burada yekunlaşacaq”.

“Ağ-qaralar”la müqaviləsinin müddəti 2023-cü ilin iyununda başa çatacaq 31 yaşlı futbolçunun qış fasiləsində “Neftçi” ilə yollarının qarşılıqlı razılıq əsasında ayrılacağı deyilir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti