"Neftçi" onun üçün böyük çağırışdır, özünü tapacaq, aparıcı futbolçulardan biri olacaq"

2 Noyabr 2022 10:40 Neftçi 1 572
"Neftçi" onun üçün böyük çağırışdır, özünü tapacaq, aparıcı futbolçulardan biri olacaq"

«O, ölkəmizin ən perspektivli futbolçularından biridir».

Bu sözləri Sportinfo.az-a açıqlamasında futbol agenti Viktor Kuznetsov deyib.

Belaruslu menecer yayda «Neftçi» ilə 2 illik müqavilə imzalayan həmyerlisi barədə fikirlərini bölüşüb. O, ötən həftə Bakıda qol hesabını açan forvardın tezliklə əsas heyətdə möhkəmlənəcəyinə əminliyini ifadə edib:

«Boqomolski gəncdir, 21 yaşı yenicə tamam olub. Mən onu neçə vaxtdır tanıyıram. Gənclər yığmamızın ən yaxşılarından biri idi.

Yeqor artıq bir müddətdir əsas milliyə də cəlb olunub. Hammız ondan çox şey gözləyirik.

Siz yaddan çıxarmayın ki, Boqomolski ilk dəfədir Belarusdan kənarda çıxış edir. Adaptasiya prosesi keçməlidir.

«Neftçi»yə öyrəşməklə yanaşı, çempionatı tanımalıdır. Bir az səbrli olaq. Yeqorun hücumçu keyfiyyətləri yüksəkdir.

«Neftçi» onun üçün böyük çağırışdır. Əminəm ki, o, yeni komandasında özünü tapacaq və aparıcı futbolçulardan biri olacaq».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti