"Neftçi"də oynamış məşhur Kamboca klubunda?

1 Noyabr 2022 13:40 Neftçi 1 136
"Neftçi"də oynamış məşhur Kamboca klubunda?

"Neftçi"nin sabiq legioneri Keysuke Honda karyerasını Kambocada davam etdirə bilər.

Sportinfo.az "Khmertimeskh" nəşrinə istinadən xəbər verir ki, hazırda Kamboca millisinin baş meneceri olan 36 yaşlı yarımmüdafiəçi bu barədə mətbuat konfransında bildirib.

Yaponiyalı oyunçu növbəti il olmasa da, gələcəkdə bunun reallaşacağını söyləyib.

Honda bu ölkədə “Soltilo Familia Soccer” məktəbinin və II liqada çıxış edən “Soltilo Angkor”un da sahibidir.

Hazırda azad agent olan Keysuke Honda son olaraq Litvanın "Suduva" klubunda çıxış edib. Yarımmüdafiəçi 2020/2021 mövsümündə "Neftçi" ilə Azərbaycan Premyer Liqasının qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?