“Bir klubda ki rəhbərlik oyunçu seçib gətirir, orada məşqçi nəyə lazımdır?”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin sabiq futbolçusu və məşqçisi Kamal Quliyev deyib.
Paytaxt klubunun uğurusuz mövsüm keçməsinə münasibət bildirən keçmiş yarımmüdafiəçi bunları söyləyib:
“O vaxt Roberto Bordinin müsahibəsini oxumuşdum. Demişdi ki, güclənməyə ehtiyac duyduğum mövqeləri yazıb rəhbərliyə təqdim etmişəm, həmin mövqelərə futbolçular alınacaq.
Rəhbərlik futbolçu seçib, tapıb gətirirsə, elə məşqçi də özləri olsun da. Məşqçiyə nə gərək var?
O vaxt mən “Volın”da oynayanda Vitali Kvartsyanı həm baş məşqçi idi, həm də vitse-prezident. Hər şeyi özü həll edirdi.
Bir məşqçi komandasına güvənmirsə, ya da futbolçular rəhbərliyə etibar etmirsə, orada hansısa uğur, ruzi-bərəkət olmayacaq”.

