"Neftçi"nin kapitanı "Qarabağ"ın adını çəkdi, İDDİA ETDİ Kİ…

31 Oktyabr 2022 14:20 Neftçi 1 102
"Neftçi"nin kapitanı "Qarabağ"ın adını çəkdi, İDDİA ETDİ Kİ…

“Qarabağ” Rusiya Premyer Liqasında 100% çempionluq üçün yarışa bilər”.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin və “Neftçi”nin futbolçusu Emin Mahmudov “sports.ru”ya müsahibəsində deyib.

Yarımmüdafiəçi bildirib ki, Ağdam klubunun öz oyun üslubu var:

“Onlar istənilən rəqibi öz tərzlərinə uyğunlaşdıra, öz istədikləri kimi oynamağa məcbur edə bilirlər.

Məsələn, “Qarabağ”la qarşılaşan rəqiblər meydanda daha çox topsuz qaçmaqla məşğul olurlar. Hətta “Zenit” də gəlsə, eyni şey olacaq”.

Emin Mahmudov qeyd edib ki, Rusiya klublarından fərqli olaraq, “Qarabağ” hər il avrokuboklarda qrup mmərhələsində çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?