"Neftçi" favoritdir

30 Oktyabr 2022 20:40 Neftçi 1 229
"Neftçi" favoritdir

«Zirə» üzərində 3:0 qələbə «Neftçi»ni minimum vəzifəni yerinə yetirə biləcəyinə bir qədər də inandırdı.

Qonaqlar 90 dəqiqə yaxşı təsir bağışladı.

Çoxdandır bakılı futbolçular belə əzmkarlıq sərgiləmirdi.

Meydanın hər qarışı uğrunda vuruşdular, can qoydular. Anar Nəzirovun kobud səhvi ilə erkən açılan hesab da «Neftçi»nin çörəyinin arasına yağ-pendir sürtdü, bir az da iştaha gəldilər. Və nə etdilərsə, bu, onlarda alındı.

Sürətli oyunu mütləq qeyd etməliyəm. Ev sahiblərinin ayrı-ayrılıqda yol verdiyi fərdi səhvlərdən yararlanmaq mənasında bəxt də «Neftçi»nin karına gəlməyə tələsdi.

Artıq deyərdim ki, Lorentsiu Regekamfp rahat yata bilər. Çalışdırdığı komanda bürünc medal uğrunda yarışmanın aşkar favoritidir və Premyer Liqada üçüncü yeri tutmaqla birbaşa avrokuboklara vəsiqə qazanmağa ən real şans da onlardadır.

Yusuf Laval, Kenni Sayef, Qodsvey Donyo və Yeqor Boqomolski, nəhayət, durğunluğa son verdi. Azarkeşlərin son zamanlar davamlı olaraq tənqid etdiyi legionerlər Zirədə qələbə üçün hər şeyini verdi.

Emin Mahmudov isə əla formadadır, demək olar hər həftə sabit təsir bağışlayır və fərqlənir. Ötürdüyü məhsuldar pas və vurduğu qollarla.

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti