“Neftçi”nin ən çox tənqid olunan ismi: “Uduzmağımızın başlıca səbəbi…”

28 Oktyabr 2022 21:00 Neftçi 1 334
“Neftçi”nin ən çox tənqid olunan ismi: “Uduzmağımızın başlıca səbəbi…”

“Neftçi” Premyer Liqanın 11-ci turunda növbəti məğlubiyyətini aldı.

“Ağ-qaralar” bu dəfə çempionluq yolundakı digər rəqibi “Sabah”a doğma meydanında məğlub oldu – 2:3.

Bakılılar oyunun ilk 1 saatında çaşqın və gücsüz görününcə, “Sabah” rəqib qapısından ardıcıl 3 qol keçirməyi bacardı.

“Neftçi” son 25-30 dəqiqədə fəallığı ilə fərqləndi ki, buraxılan qollardan 2-sinin əvəzini çıxmaq mümkün oldu.

Oyunboyu əlinə düşən 2-3 real qol imkanından istifadə edə bilməyən Qodsvey Donyo isə bu dəfə də azarkeşlərin əsas hədəfi idi.

Qanalı “11 nömrə” penalti qazansa da, qol epizodlarını sağa-sola xərcləməklə diqqət çəkdi.

Donyo Sportinfo.az-a açıqlamasında məğlubiyyəti üzücü adlandıraraq, yenilgiyə bu cür izah verib:

“0:3-dən sonra özümüzdə güc taparaq 2 qol vurduq. Üçüncü qol üçün təxminən 10 dəqiqə vaxtımız və əlverişli imkanlarımız var idi.

Təəssüf ki, onları qola çevirə bilmədik. Uduzmağımızın başlıca səbəbini da şansları dəyərləndirə bilməməyimizdə görürəm.

“Sabah”la matç geridə qaldı, irəli boylanmalı, qələbələrə köklənməliyik”.

Cari mıövsümdə Premyer Liqada 9 oyuna çıxan Qodsvey Donyo 2 qol vurub, 3 assistlə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti