“Neftçi” rəhbərliyinin son illər yürütdüyü siyasət və komandanın əldə etdiyi nəticələr stajlı azarkeşlərin ürəyincə deyil.
İllərini ağ-qara rənglərə qurban vermiş bir qrup fanat Azərcaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəfə müraciət ünvanlayıb.
Detallı faktların əks olunduğu müraciəti olduğu kimi təqdim edirik:
“Hörmətli Rövşən müəllim! Sizi Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti vəzifəsinə təyin olunmağınız münasibəti ilə təbrik edirik! Sizə bu şərəfli və məsuliyyətli vəzifədə ancaq və ancaq uğurlar diləyirik.
Biz “Neftçi” PFK-nın azarkeşləri arasında bu klubla nəfəs alan 10, 20, 30, 40, 50, 60 illik stajı olan sadiq tərəfdarları vardır. Hamımız 85 illik qocaman dogma klubumuzun çempionatda yenidən çempionluqlarını, avrokubokların qrup mərhələlərində çıxış etməyini istəyirik. Rəhbərlik etdiyiniz SOCAR şirkəti “Neftçi”mizin daimi baş sponsorudur və klub davamlı, sabit olaraq malliyələşir.
“Neftçi” azarkeşləri arasında ölkəmizin müxtəlif təbəqələrinin yüzminlərlə nünayəndəsi vardır. Həkimlər, müəllimlər, alimlər, bəstəkarlar, professorlar, fəhlələlər, tələbələr, mühəndislər eləcə də dənizdə və quruda gecə-gündüz çalışan qəhrəman neftçilərimiz. Həmçinin əziz neftçilərlə yanaşı, paytaxtımız Bakıdan savayı, bölgələrimizdə ata-babalarımızdan bizlə miras qalan “Neftçi”nin çox sayda azarkeşi vardır.
Əfsuslar olsun ki, dogma neftçilərimizin min əziyyətlə əməyi sayəsində dövlət büdcəsindən maliyyələşən, daim dövlət qayğısı görən və dövlət tərəfindən xalqa ərmağan olan Azərbaycan futbolunun ən yaşlı klubu, böyük “Neftçi”miz səriştəsiz idarəçilər tərəfindən ildən-ilə kiçildilir. Bu, biz azarkeşlərin ürəyini ağrıdır, parçalayır. 2015 ci ildən bu yana qeyri-peşəkar klub idarəçilərinin səriştəsiz idarəçiliyi nəticəsində “Neftçi” getdikcə iddialı rəqiblər qarşısında məhəllə komandasına çevrilir. Bu illər ərzində klubda Müşahidə Şurasının yaradılması ilə birgə neçə rəhbər, prezident, vitse-prezident, icraçı və idman direktorları, xarici və yerli baş məşqşilər dəyişdirilib. Lakin istədiyimiz nəticələr qazanılmyıb.
7 il ərzində “Neftçi” kimi böyük bir klubda 9 məşqçi dəyişib. Göründüyü kimi, problem məşqçi problemi olmayıb. Problem kubu idarə edənlərin “Neftçi” yükünü daşıya bilməmələri olub. Bu cür idarəçilər hər dəfə biz azarkeşlərə yalançı vədlər, ümid verərək başımızı aldadıb, növbəli sistemlə bir-birini əvəzləyib.
Klubda transfer siyasəti ürəkaçan deyil. Çempinatmızda çıxış edən digər klubların bizim klubdan da aşağı büdcəli olmalarına baxmayaraq, transferləri daha keyfiyyətli olur. 2015-ci ildən bu yana 10 milyonlarla dollar sərf edilərək 80-ə yaxın legioner və yerli futbolçular transfer edilib. Bu futbolçulardan 80-90 faizi 6 ay, və ya 1 ildən sonara yola salınıb. Göstərilən nəticələr biz azarkeşləri sarsıdır. Araşdırılma aparılsa, idarəçiklikdə olan ciddi nöqsanlar aydın olar. Həmin futbolçuların adları və soyadları bunlardır.
Mateo Mujek
Mixay Peskoviya
Boyan baykoviç
Fransisko Qarsiya
Jayro Rodriqes
Aylton Silva
Xuan Alberto Melli
Antoniyo Anyete
Denilson Pereyra
Katalin Tira
Dariyo Melnyak
Jonas Pessalli
İqnasio Herrera
Lukas Qomes
Mayk Kampas
Kvame Karikari
Xorxe Korrea
Edson Kastilyo
Prins İbara
Harramiz Suares
Saman Nərimancahan
Uqo barqas
Slavko Braliç
Daniel Seqoviya
Canlyuko Sansone
Pavel Dreksa
Qoran Paratski
Kiril Petrov
Zdonek Folperxt
Vanqellis Platellas
Bruno Teluşi
Ruslan Qurbanov
Baqali Dabo
Stiven Jozef-Monroz
Rener De Souza
Huqo Basto
Krşevan Santini
Dario Frederiko
Mamadu Kane
Mamadu Mboc
Keysuke Honda
Voislav Stankoviç
Romen Bask
Ramon Maçado
Tyaqo Bezerra
Ahmed Ahmedov
Mert Çelik
Petru Raku
Derlis Meza Kolli
Vançe Şivkov
Sezar Meza Kolli
Georgi Navalovski
Tallison Dias
Sabir Buqrin
Yusuf Laval
İvan Brkıç
Vato Arveladze
Solomon Kvirkveliya
Azər Əliyev
Qodsvey Donyo
Vild-Donald Qerye
Soni Mustivar
Yeqor Boqomolskiy
Ataa Caber
Kenni Sayef
Gilyerme Pato
Səlahət Ağayev
Rəhman Hacıyev
Məhəmməd Mirzəbəyov
İlkin Qırtımov
Tərzin Cahangirov
Xəyal Nəcəfov
Azər Salahlı
Məhəmməd Qurbanov
Aqil Məmmədov
Eddi İsrafilov
Hazırda bu transferlərdən 16 nəfər komandadadır, onların da yarısı səviyyəsinə görə ehtiyatda qalır. Ümumiyyətlə, siyahıda olan transferlərin çoxu transfer adına transfer və başqa məqsədlər xatirinə olunub. Dövlət Neft Şirkətinin sponsorluğu istənilən idman növündə çalışan idmançılar, onların azrkeşləri və tərəfdarları üçün böyük şansdır. Biz “Neftçi” azarkeşləri də sizin rəhbərlik etdiyiniz şirkətin klubumuza himayədarlıq etməsini məmnunluqla qarşılayırıq. Ancaq transferlərə sərf edilən vəsaitlə ən azı iki səviyyəli komanda yaratmaq olardı. Siyahıda olan futbolçular arasında elə futbolçular olub ki, klubda olduqları müddətdə cəmi 20, 30 dəqiqə meydanda olub. Ayrılan vəsait səriştəsiz klub idarəçiləri tərəfundən göyə sovrulub.
Hörmətli Rövşən müəllim, biz “Neftçi” azarkeşlərini klubumuzun qeyri-peşəkar idarərəçiliyi, komandanın adına layiq çıxış etməməsi hədsiz narahat edir. Bununla əlaqədar biz stajlı azarkeşlər sentyabr ayında Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyev müraciət etmişik və klub rəhbərliyində olan qeyri-peşəkarlıq, transfer siyasətiniin kor-təbii aparılması, sərf edilən vəsaitlərin müqabilində səviyyəsiz futbolçuların alınması və digər problemlərlə bağlı fikirlərimizi çatdırmışıq. Futbola və idmana hər zaman qayğı ilə yanaşan ölkə başçısının “Nefnçi”mizə biganə qalmayacağına inanırıq.
“Neftçi” azarkeşləri artıq sosial şəbəkələrdə, “Neftçi”nin rəsmi səhifəsində, fanat-admin səhifələrində kütləvi olaraq klub rəhbərliyini istefasını tələb edir, tribunalarda “qaytarın “Neftçi”nin keçmiş illərini” şüarları səsləndirilir. Digər klublar qarşısında “Nefnçi” kimi tarixi olan bir komandanın, bu cür sponsoru olan klubun aciz olması biz azarkeşləri hiddətləndirir. Biz “Nefnçi”nin ancaq uğurlarına alışmışıq. 2012-2015 –ci illər aralığında klubumuz müstəqil futbol tariximizin ən güclü “Neftçi”si idi. 3 dəfə ardıcıl çempionluğa, 2 dəfə ardıcıl ölkə kubokuna sahib olmaqla Azərbaycanda futbol tarixində ilk dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıldı. Biz azarkeşlər ən azından bu səviyyədə “Neftçi” istəyirik və azarkeşlər bunu haqq edir. “Neftçi” səriştəsiz idarəçilikdə nə hala salınıb ki, biz azarkeşlər ümidlə komandamızın keçmiş illərini arzulayırıq, o illərin nəticələri ilə təsəlli tapırıq.
2014/2015 mövsümündən “Nefnçi”nin qara günləri başlayıb. Avropada biabırçı çıxışlar, 8 ildə bir çempionluq. “Qarabağ” eyni idarə heyətinə, eyni məşqçilərə uzun illər şans verdi və nəticəsini gördü. “Neftçi”nin ən əzəmətli illəri kimlərəsə sərf etmədi. Döğma klubumuz illərdir AFFA-dan göndərilən rəhbərlərlə məqsədli şəkildə idarə edilir. “Nefnçi”nin belə idarəşiliyi baş sponsor SOCAR-ın da imicinə zərbə vurmaqdadır. Səriştəsiz idarəçilər bilərəkdən öz günahlarını “pul vermirlər, büdcə azaldılır” adıyla şirkət rəhbərləyinə yönəldir, narazılıq yaradır.
Biz azarkeşlər üçün “Nefnçi”nin idarəçiliyinin kimə həvalə edilməsi fərq etməz. “Neftçi” azarkeşlərinə klubumuzun qazanacağı nəticələri önəmlidir. Sizin birbaşa nəzarətinizlə “Neftçi”nin, futbola bağlı, futbolu bilən, futbol fəlsəfəsi, liderliyi bacaran şəxslərə tapşırılmasına böyük ehtiyacı var. “Neftçi” ruhlu, klubda uğurlar əldə edə biləcəyinə inamı, güvəni olan insanların idarəçiliyə gətirilməsi üçün sizə bu yolda “Neftçi”mizi qeyri-peşəkar rəhbərlərdən xillas edilməsi, çoxsaylı azarkeşlərin müraciətində ürək ağrılarına, dərdlərinə şərik olaraq sizin birbaşa səlahiyyətlərinizə aid olan SOCAR-dan maliyyələşən, lakin AFFA tərəfindən tanışlıqla kluba təyin olunmuş, illərdir klubu uçuruma aparan rəhbərlərin əlindən qurtulmasına dair müvafiq tədbirlər görəcəyinizə ümid edirik. Buna görə də sizə öncədən minnətdarlığımızı bildiririk.
“Nefnçi” PFK-nın azarkeşləri adından:
1. Elxan Xəlilov
2. Taleh Həsənov
3. Elşad Yusubov
4. Fazil Dadaşov
5. Müşfiq Məcidli
6. İlfa Əliyev
7. Rauf salayev
8. Ramin Həmidzadə
9. Elnur Əhmədov
10. Elnur Quliyev
11. Şahin Talıblı
12. Rövşən Bayramov
13. Ədalət Məmmədli
14. Rasim Məlikov
15. Ənvər İbrahimov
16. Əkbər Səmədli
17. Elsaf Kərimov
18. Ramin Qəhrəmanov
19. Ceyhun Əli oğlu Xəlilov
20. Xəqani Əliyev
21. Ömər Bayramov
22. Araz Cəfərli
23. Oqtay Quliyev
24. Fazil Tağıyev
25. Əlinağı Bakılı
26. Kamal Səmədzadə
HƏBİB / SPORTİNFO.AZ

