SOCAR "Neftçi"ni idarə edənlərdən hesabat istəyir – Rəhbərlik dəyişəcək?

28 Oktyabr 2022 13:00 Neftçi 1 524
SOCAR "Neftçi"ni idarə edənlərdən hesabat istəyir – Rəhbərlik dəyişəcək?

SOCAR «Neftçi»nin cari mövsümdəki çıxışından olduqca narazıdır.

Sportinfo.az bu haqda neft şirkətinin rəhbərliyinə yaxın mənbədən məlumat əldə edib.

Redaksiyamıza verilən informasiyaya görə, Premyer Liqanın ilk 11 həftəsindəki uğursuz nəticələr yaxın vaxtlarda müzakirəyə çıxarılacaq. Klub rəhbərliyi hesabat vermək üçün SOCAR-a dəvət olunacaq.

Paytaxt təmsilçisini maliyyə ilə təmin edən şirkəti hiddətləndirən yeni baş məşqçi və yayda transfer olunan legionerlərdir.

Rumıniyada yaşadığı qalmaqallarla ad çıxarmış Lorentsiu Regekampfın sükan arxasına gətirilməsinin səhv addım olması barədə SOCAR-da yekdil rəy formalaşıb.

Eyni zamanqda, kifayət qədər yüksək ödəmələr qarşılığında Azərbaycana dəvət olunan əcnəbi futbolçuların səviyyəsinin «Neftçi»nin standartlarına uyğun gəlməməsi haqda qəti fikir var.

İdarəçilərin dəyişməsi? Bu da mümkündür.

Lakin hələ dəqiqləşməyib ki, Kamran Quliyev prezident postunu tərk edəcək, yoxsa Zaur Əzizov idman direktoru vəzifəsi ilə vidalaşacaq. Məsələ hələ açıq qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?