Rumıniyalı "Neftçi "rəhbərliyindən bu qədər TRANSFER TƏLƏB ETDİ

27 Oktyabr 2022 14:00 Neftçi 2 323
Rumıniyalı "Neftçi "rəhbərliyindən bu qədər TRANSFER TƏLƏB ETDİ

«Neftçi»nin baş məşqçisi Lorentsiu Regekampf klub rəhbərliyindən minimum 4-5 yeni transfer istəyib.

Bu barədə Sportinfo.az-a paytaxt təmsilçisindən məlumat daxil olub.

Redaksiyamıza verilən informasiyaya görə, rumıniyalı mütəxəssis hazırkı heyətlə hansısa məqsədə çatmağın mümkün olmadığını iddia edib.

O, «qışda yeni legionerlər almadan bu yolda uğur gözləməyə dəyməz» söyləyib.

İyunda «ağ-qaralar»ın sükanı arxasına keçən çalışdırıcı Premyer Liqanın son turunda «Sabah»a 2:3 hesablı məğlubiyyət və digər cari problemlərlə bağlı hesabat verib.

Gözlənildiyi kimi, o, qarşısına qoyulan məqsədləri yerinə yetirə bilməməsinin səbəbkarları arasında özünü göstərməyib.

Ona tapşırılan vəzifənin öhdəsindən gəldiyini düşünən Rege komandanın uğursuzluqlarında futbolçularını və… hakimləri nişan verib.

İddia edib ki, «fit sahibləri» onlara münasibətdə obyektiv mövqe sərgiləmir. Həmçinin bəzi yerli və legioner oyunçular çempionat matçlarına məsuliyyətsiz yanaşır.

Regekampf, ümumiyyətlə, müdafiə və hücum xəttində çıxış edənlərin onun əsəblərini «yerindən oynatdığını» deyib.

Baş məşqçi minimum 4 futbolçunu qış fasiləsində düşərgədən uzaqlaşdırmaq istədiyini vurğulayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti