"Neftçi"də kütləvi axtarış - KİMDİR MÜQƏSSİR?

26 Oktyabr 2022 20:00 Neftçi 1 145
"Neftçi"də kütləvi axtarış - KİMDİR MÜQƏSSİR?

"Neftçi"nin mövsümdə üçüncü məğlubiyyəti Premyer Liqanın 11-ci turuna təsadüf etdi.

Doğma meydanda "Sabah"ı qəbul edən "ağ qaralar" 2:3 hesablı məğlubiyyətlə barışmalı oldu.

Hesab sizi aldatmasın, oyunun gedişində 3:0 önə keçən qonaqlar, hətta bir neçə dəfə hesabı artırmaq fürsətini də qaçırmış oldular.

Sadəcə təcrübəsizlik və arxayınçılıq sonda meydan sahiblərinin vurduğu iki təsəlli qolu sayəsində darmadağının qarşısı alınmış oldu.

Bu, mövsümdə "Sabah"a ikinci yenilgisi kimi də yaddaşa yazıldı. Digəri isə "Qarabağ"dan alınıb. Çempionluq hədəfi ilə sezona başlayan Laurentsiu Regekampfın yetirmələrinin indi ilk üçlükdə qalmağı belə risk altındadır. İkinci pillədəki "Sabah" aradakı xal fərqin artırırsa, "Zirə" də xırda-xırda onlara yaxınlaşmaqdadır.

Mövsüm hələ yenicə başlasa da, təhlükənin qapıda olduğu sirr deyil. Elə "Neftçi" fanatları da bunun fərqindədirlər. Və əbəs deyil ki, günlərdi "Neftçi" ilə bağlı bütün sosial şəbəkə hesablarında günahkar axtarışı davam edir. Fikirlər müxtəlifdir - kimisi baş məşqçidə, kimisi rəhbərlikdə, kimisi də futbolçularda qəbahət görür.

Amma böyük çoxluq israrla hazırkı rəhbərliyin dəyişilməsini vacib hesab edir:

"Regekapmf və oyunçuların heç bir günahı yoxdur. Günahkar bəllidir - "Neftçi"ni zərrə qədər sevməyən Kamran Quliyev və komandası. Zərə qədər sevən çoxdan istefa vermişdi".

"Kamran Quliyev qalsa, "Neftçi" ən yaxşı halda 3-4-cü yer uğurunda mübarizə aparacaq".

"Məşqçidə günah yoxdur. Regekampf yetəri qədər yaxşı məşqçidir. Məncə, səbəb rəhbərlikdir".

"Neftçi"ni satın hansısa biznesmenə. Tək çıxış yolu klubun azad idarəetməsinin olmasıdır".

"Kamran Quliyevin istefa verəcəyi günə qurban demişəm".

"Ay qardaşlar, qısa və konkret rəhbərlik günahkardır".

"Neftçi"nin uğursuzluğunun səbəbi hər il məşqçi dəyişikliyidir, başqa heç nə. Ona da rəhbərlik maraqlıdır".

"Kamran Quliyev, azarkeşlərin əsəbləri ilə oynadığın bəsdir. "Neftçi"ni bundan artıq pis vəziyyətdə qoyma. "Çıx get "Neftçi"dən! Bura sənlik deyil".

"Baş məşqçilik heç nə yoxdur. Qvardiola gəlsin, yenə xeyri yoxdur. Rəhbərlik qeyri-peşəkar, heyyət isə həvəskardır".

"Hər il eyni ssenari, hər il eyni yalan vədlər və sezonun sonu eyni bəhanələr".

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti