Emin Mahmudovun bir gözü "Qarabağ"da – TRANSFER GÜNDƏMİ

26 Oktyabr 2022 15:00 Neftçi 5 764
Emin Mahmudovun bir gözü "Qarabağ"da – TRANSFER GÜNDƏMİ

«Neftçi»nin kapitanı Emin Mahmudov yeni mövsümə «Qarabağ»da başlaya bilər.

Paytaxt klubu ilə sözləşməsi mövsümün sonunda başa çatacaq yarımmüdafiəçi «köhlən atlar»ın formasını geyinmək istəyir.

Paytaxt təmsilçisinin rəhbərliyi də artıq bundan xəbərdardır. Moskva «Spartak»ının yetirməsi daim avrokubokların qrup mərhələsində çıxış edən və «Neftçi»dən daha iddialı olduğu üçün «köhlən atlar»la anlaşmağa maraq göstərir.

Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov da ona böyük simpatiya ilə yanaşır. Təcrübəli mütəxəssis hələ ilk dəfə 3 il öncə Emini «Qarabağ»da görmək fikrində olduğunu bildirib.

Sadəcə, həmin vaxt «Neftçi» kifayət qədər yüksək maliyyə şərtləri irəli sürdüyündən, bu keçid baş tutmayıb.

Bu arada onu da yada salaq ki, Mahmudovun karyerasını Şotlandiyada davam etdirə biləcəyi haqda xəbər yayılıb. Bu barədə Böyük Britaniya pressası məlumat tirajlayıb.

Bildirilib ki, "Harts" 30 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Xəbərdə qeyd olunub ki, Mahmudov Edinburq təmsilçisinin opta sahəsindəki problemləri aradan qaldıra biləcək əsas varinatlardan biridir.

Redaksiyamıza daxil olan informasiyaya görə, "Neftçi" də aparıcı siması ilə vidalaşmağa hazırlaşmır. Bakılılar hazırkı sözləşməsi mövsümün sonunda bitəcək orta xətt oyunçusuna yeni müqavilə təklif edib.

O. bu çağırışa müsbət cavab verərsə, həm 2 il ağ-qara formanı geyinəcək, həm də əvvəlki illərə nisbətən daha çox pul qazanacaq.

Mahmudov 2017-ci ilin yayından "Neftçi"də çıxış edir. O, cari mövsümdə "ağ-qaralar"ın heyətində meydana çıxdığı 14 matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti