“Neftçi” Premyer Liqada 300-cü ev qolunu buraxıb.
Sportinfo.az xəbər verir ki, bu topa Coy Lens Mikels imza atıb.
“Sabah”ın hücumçusu Misli Premyer Liqasının XI turunun görüşündə hesabı açıb.
“Ağ-qaralar” 426-cı ev görüşündə 2:3 hesabı ilə uduzub. Bununla da buraxılan qol sayı 302-yə çatıb.
“Neftçi” öz meydanında ilk qolu 1992-ci il mayın 10-da Şamaxı “Şirvan”ı ilə görüşdə buraxıb – 8:1.

