«Neftçi»nin baş məşqçisi Lorentsiu Regekampf klub rəhbərliyi ilə bir araya gəlib.
Rumıniyalı Premyer Liqanın son turunda «Sabah»a 2:3 hesablı məğlubiyyət və digər cari problemlərlə bağlı hesabat verib.
Gözlənildiyi kimi, o, qarşısına qoyulan məqsədləri yerinə yetirə bilməməsinin səbəbkarları arasında özünü göstərməyib.
Ona tapşırılan vəzifənin öhdəsindən gəldiyini düşünən Rege komandanın uğursuzluqlarında futbolçularını və… hakimləri nişan verib.
İddia edib ki, «fit sahibləri» onlara münasibətdə obyektiv mövqe sərgiləmir. Həmçinin bəzi yerli və legioner oyunçular çempionat matçlarına məsuliyyətsiz yanaşır.
Regekampf, ümumiyyətlə, müdafiə və hücum xəttində çıxış edənlərin onun əsəblərini «yerindən oynatdığını» deyib.
Baş məşqçi minimum 4 futbolçunu qış fasiləsində düşərgədən uzaqlaşdırmaq istədiyini vurğulayıb.
SPORTİNFO.AZ

