"Neftçi"nin legionerinin son durumu – HƏKİM DİAQNOZU

24 Oktyabr 2022 22:40 Neftçi 1 354
"Neftçi"nin legionerinin son durumu – HƏKİM DİAQNOZU

Azərbaycan Premyer Liqasının XI turunda "Sabah"la oyunda əvəzlənən "Neftçi"nin futbolçusu Yusuf Lavalın durumuna aydınlıq gəlib.

Sportinfo.az "ağ-qaralar"ın rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi tibbi müayinədən keçib.

Paytaxt təmsilçisinin baş həkimi Şaiq Zöhrablı bildirib ki, nigeriyalı oyunçunun sınığı və daxili orqanlarında zədəsi yoxdur:

"Sadəcə, möhkəm əzildiyi üçün ağrı hiss edir. Ağrısı azalsa, artıq komandanın növbəti məşqində iştirak edə biləcək".

Yusuf Laval fasilədə Yeqor Boqomolski ilə əvəzlənib. Qarşılaşma "Neftçi"nin 2:3 hesablı məğlubiyyəti ilə bitib.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?