“Neftçi”nin stadionuna gələn qonaqların XƏBƏRİ OLSUN – DƏYİŞDİRİLDİ!

24 Oktyabr 2022 17:00 Neftçi 1 472
“Neftçi”nin stadionuna gələn qonaqların XƏBƏRİ OLSUN – DƏYİŞDİRİLDİ!

“Neftçi” – “Sabah” oyununda qonaq azarkeşlər üçün ayrılan ənənəvi sektoru boş görənlər təəccübünü gizlədə bilmədi.

Əslində “Bakcell Arena”da “Sabah, Sabah” şüarları eşidilirdi, di gəl, 4A sektorundan yox, başqa yerdən.

Ətrafa göz gəzdirəndə bəlli oldu ki, Masazırdan gələnlər “Forza Neftçi”lilərə yaxın yerdə, bakılı fanatların yer aldığı tribunaya yaxın sektorda, lakin ikinci mərtəbədə yer alıb.

Bunun qonaqların istəyi olması, yoxsa meydan sahibi klubdan qaynaqlanması maraq doğurmaya bilməzdi. Bu günə kimi görməyə alışdığımız mənzərə birdən-birə niyə alt-üst olsun ki?

Klubun Mətbuat və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyev Sportinfo.az-a açıqlamasında qərarın “Neftçi” tərəfindən verildiyini deyib, səbəbini gizlətmədi:

“Bəli, belə olmasını biz istəmişik. Bundan sonrakı ev oyunlarımız zamanı da qonaq azarkeşlər çox güman 2B və 3A sektorlarında əyləşəcək.

Səbəb? Canlı yayım zamanı ekran qarşısındakı izləyicilər üçün xoş görüntü olsun deyə.

Razılaşarsınız ki, azarkeşlər qapıarxası tribunalarda əyləşəndə mərkəzdəki kameradan çəkilən görüntüdə mərkəzi sektorlar boş görünür. Məhz buna görədir, başqa səbəb axtarmağa dəyməz”.

Premyer Liqanın 11-ci turu çərçivəsində baş tutan “Neftçi” – “Sabah” qarşılaşması 3:2 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti