"Neftçi"nin uğuru Kamrana da, Zaura da sərf etmir – Ciblərinə heç nə daxil olmur"

24 Oktyabr 2022 14:40 Neftçi 1 994
"Neftçi"nin uğuru Kamrana da, Zaura da sərf etmir – Ciblərinə heç nə daxil olmur"

«Neftçi»nin Premyer Liqanın son turunda «Sabah»a evdə 2:3 hesabıyla uduzması azarkeşlərin klub rəhbərliyinə olan hiddətini bir qədər də artırıb.

Bardağın dolub-daşmasına bir şey qalmayıb.

Kamran Quliyev – Zaur Əzizov tandeminin qara günə günə qoyduğu paytaxt təmsilçisi bütün hədəflərindən uzaq düşmək üzrədir.

Ötən mövsümü fiasko ilə bitirməsi azmış kimi, komandanın cari «futbol ili»nə uğursuz start verməsi, öncə Konfranas Liqasından erkən ələnməsi, ardınca ölkə çempionatında zəif təsir bağışlaması bakılı fanatların qəzəbini alovlandırıb.

«Neftçi»sevərlər şikayətlənməkdə haqlıdırlar. Quliyev-Əzizov dueti klubu özlərinin maraq dairələrinə uyğun idarə edir. Kim necə istəyir, nə cür istəyir, o cür iş(in)ə yanaşır.

Tapşırıqla, tanışlıqla vəzifə başına keçmiş bu şəxslər sanki bölgü aparıb - hərə bir tərəfdən «Neftçi»nin başına «corab hörür».

«Neftchi Baku» [Fan Page] səhifəsində klub prezidentinin və idman direktourun yarıtmaz fəaliyyətinə dair yazılara rast gəlməkdədir.

«Böyük klub, kiçik hədəf» başlıqlı paylaşımda Kamran Quliyev haqda bunlar qeyd olunur:

«Belə rəhbər kimə gərək? Vaxtdır, bəy! Getmək zamanıdır. Faiq Ağayevin məşhur mahnısında deyildiyi kimi.

Get dönmə geri, dönmə geri,
Ümidli anlarımızın qənimi,
Saflığına inandırma bizi.
Get dönmə geri, dönmə geri
Apar özünlə qəmi-kədəri,
Unut "Neftçi"ni, unut o pullu günləri!».

Digər bir yazıda isə Zaur Əzizovun gəlişindən sonra komandaya gətirilən oyunçuların yararsız çıxmasına diqqət cəkilib:

"Zaur hələ idman direktoru kimi ildən azdır "Neftçi"dədir. Sonra deyirlər ki, nə istəyirsən, Zaurdan? Oyunçuların keyfiyyətindən danışmıram.

Adamın kifayət qədər zamanı və imkanı var idi ki, heyətə oyunçu gətirsin. transfer dövrünə oyunçu alınıb.

İvan Brkiç
Azər Əliyev
Azər Salahlı
Gilyerme Pato
Eddi İsrafilov
Solomon Kvirkveliya
Kenni Sayef
Ataa Caber
Vato Arveladze
Yeqor Boqomolski
Qodsvey Donyo

Adam bu qədər oyunçu gətirib, yenə də şans istəyirsiz? Klubda bütün idarəçilik Zaurun əlindədir.

Kamran Quliyev özü kimi səriştəsiz birini gətirib, küllü ixtiyarı da verib onun əlinə. Hər transfer pəncərəsində - oyunçu alınır, - -i göndərilir.

Sonra da deyirlər, komandanın özəyini qururuq. ildir komanda qura bilmirlər. "Şamaxı" belə, bizdən məzmunlu oynayır, kişi kimi oynayır.

Biz isə ən çox legioneri olan klub olaraq, qorxaq futbol oynayırıq. "Neftçi"nin uğuru Kamrana da, Zaura da, lap elə digərlərinə də sərf etmir.

Uğurlu olsa, stabil heyət olacaq, o zaman - transfer olmalıdır. Belədə onların ciblərinə girən heç nə olmur.

Klubun rəhbəri əgər səriştəsizdirsə, onun idman direktoru bacarıqsızdırsa, məşqçisi qorxaqdırsa, oyunçusu da vecsiz olacaq.

Bircə ümidimiz Zaur Qəhrəmanova idi. O, kurator keçəndən sonra yaxşı da pul ayırdı komandaya, amma aldatdılar onu.

Kamran Quliyev və Zaur Əzizov işbirliyi ilə onu aldatdı, onu indi azarkeşin gözündən salmağa çalışırlar.

Biz inanırıq ki, Zaur Qəhrəmanov komandaya layiq, şərəfi ilə, vicdanı ilə ağ-qara rənglərə könül verən kəsləri gətirəcək kluba, daha indikilər kimi bacarıqsızları deyil!».

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti