"Neftçi" üçün daha bir AĞIR XƏBƏR

24 Oktyabr 2022 09:40 Neftçi 1 786
"Neftçi" üçün daha bir AĞIR XƏBƏR

Premyer Liqanın 11-ci turunun "Sabah"la baş tutan matçında (2:3) zədələnən Yusuf Lavalın zədəsi ciddidir.

İlkin müayinədən sonra onun qabırğasında çat aşkarlanıb.

Bu gün nigeriyalı vinger təkrar həkim müayinəsindən keçəcək.

Əgər cavab eyni olarsa, təcrübəli oyunçu bir müddət komandasına kömək edə bilməyəcək.

Nigeriyalı oyunçu qarşılaşmanın 30-cu dəqiqəsində rəqib müdafiəçi Abdulaye Ba ilə ikili mübarizədə ciddi xəsarət almışdı. O, əvəzlənməsini istəsə də baş məşqçi Regekampfın israrından sonra meydana qayıtmalı olmuşdu.

Amma fasilədə ağrıları daha da şiddətlənən 24 yaşlı oyunçu yerini Yeqor Boqomolskiyə verməli olub.

Xatırladaq ki, "Neftçi"də Azər Salahlı, Azər Əliyev, Mert Çelik, Sezar Meza Kolli, Eddi İsrafilov və Rəhman Hacıyev də zədədən əziyyət çəkir.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti