"Neftçi"də oynamış ulduz: "Mümkün qədər uzun müddət oynamaq istəyirəm"

23 Oktyabr 2022 11:20 Neftçi 1 198
"Neftçi"də oynamış ulduz: "Mümkün qədər uzun müddət oynamaq istəyirəm"

"Neftçi"nin sabiq legioneri Keysuke Honda əməliyyat olunub.

Sportinfo.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi bu barədə rəsmi tviter hesabında bildirib.

Yaponiyalı sabiq ulduz dizindən əməliyyat edildiyini diqqətə çatdırıb:

"Tezliklə qayıdacam. Mümkün qədər uzun müddət oynamaq istəyirəm".

Hazırda azad agent statusu daşıyan Keysuke Honda son olaraq Litvada "Suduva"nın formasını geyinib. O, 2020/2021 mövsümündə "Neftçi" ilə Azərbaycan Premyer Liqasının qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?