Şotlandiya mətbuatında çıxan xəbər "Neftçi" sevərləri bir xeyli pərişan etdi.
Söhbət onun komandanı tərk edib, karyerasını "Harts"da davam etdirəcəyi barədə yayılan informasiyadan gedir.
Amma heç bir narahatlığa əsas yoxdur. Çünki adıçəkilən Britaniya klubundan "ağ qaralar"a heç bir təklif gəlməyib.
Bu barədə komandanın mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev Sportinfo.az-a açıqlamasında məlumat verib.
Sitat: "Emin Mahmudovun "Neftçi" ilə müqaviləsi var. Adıçəkilən klubdan isə bizə nə şifahi, nə də yazılı heç bir təklif daxil olmayıb".
Klub rəsmisi Mahmudova yeni müqavilənin təklif edilib-edilməməsi barədə isə bunları deyib:
"Onunla müqavilənin uzadılacağı ilə bağlı isə məndə məlumat yoxdur. Çünki bu, idman departamentinin işidir.
Bildiyim qədərilə hazırda hər hansı danışıq olmayıb. Baş məşqçi və idman departamentinin qərarı ilə hər hansı təklif olarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək".
Emin Mahmudov 2017-ci ildən "Neftçi"nin şərəfin qoruyur. Moskva "Spartak"nın yetirməsi arxada qalan müddətdə meydana çıxdığı 160 oyunda 35 qol, 43 asistlə yadda qalıb.
XANOĞLAN

