“Neftçi” və “Sabah”da QADAĞA QOYULDU

22 Oktyabr 2022 20:00 Neftçi 1 284
“Neftçi” və “Sabah”da QADAĞA QOYULDU

Bazar günü turun mərkəzi qarşılaşması “Neftçi”ylə “Sabah” arasında baş tutacaq.

Premyer Liqanın turnir cədvəlində qonşu olan, çempionluq yolunda “Qarabağ”a güc göstərmək istəyən komandaların növbəti duelindən kimin qalib ayrılacağını oktyabrın 23-ü saat 20.20-də biləcəyik.

Matçın əhəmiyyətini nəzərə alaraq hər iki komandanın bir futbolçusundan oyunla bağlı açıqlama almaq istəsək də, plan baş tutmadı.

Klubların mətbuat katibləri prinsipial duelə 2 gün qalmış mətbuata açıqlama verməyə qadağa qoyulduğunu bildirdi.

“Neftçi”də baş məşqçi Laurentsiu Regekampf qadağanı bu gündən qoyubsa, “Sabah”da yazılmamış qanun var: oyuna 3 gün qalmışa qədər danışa bilərsiniz.

Oktyabrın 23-də “Bakcell Arena”da baş tutacaq “Neftçi” – “Sabah” qarşılaşması saat 18.30-da başlayacaq.

10 oyundan sonra “Sabah” topladığı 25 xalla turnir cədvəlinin 2-ci pilləsində yer alıb. “Neftçi” 22 xalla 3-cü sıradadır.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti