SOCAR-ın «Neftçi»yə məsul şəxsləriklubun idman direktoru Zaur Əzizovun fəaliyyəti ilə bağlı incələmə aparıb.
Bu haqda neft şirkətindən Sportinfo.az-a informasiya daxil olub.
Redaksiyamıza verilən bilgiyə görə, klubdan əldə edilən «məlumat boğçası»nı araşdıran rəsmilər onun əleyhinə ola biləcək ciddi faktlara rast gəlməyib.
Əksinə, idarəçilikdə pay sahibi olan bəzi şəxslərin Əzizovun fəaliyyətinə problemlər yaratdığı, onun sərbəst çalışmasına imkan vermədiyi, işinə tez-tez müdaxilələr edildiyi üzə çıxıb.
Zaur bəy əsas komanda və akademiya üzrə bir nömrəli şəxs kimi görəvə gətirilsə də, SOCAR-a məlum olub ki, o, planlaşdırılan işlərin icrasında süni əngəllərlə qarşılanır.
Bu da onun vəzifə nərdivanında daha da yuxarı qalxmaq perspektivini önləmək məqsədi daşıyır.
Uzun illər «Qəbələ»nin uğurları üçün çalışmış və əyalət klubunda ciddi nəticələr əldə etmiş Əzizov ötən ilin dekabrından «Neftçi»də çalışmağa başlayıb.
Paytaxt təmsilçisinin Müşahidə Şurasının üzvü Zaur Qəhrəmanov tərəfindən bura gətirilən təcrübəli funksionerə SOCAR-da etimad böyükdür.

