Laurentsiu Regekmapfın "Neftçi"li günləri heç də yaxşı keçmir.
Komanda onun rəhbərliyi altında avrokuboklarda uğursuzluq yaşadı.
Adını qoydular ki, bəs məşqçi komandada yenidir. Sistemini formalaşdırmaq üçün zaman lazımdır. Əslində ilk vaxtlar mən də bunun tərəfdarlarından olmuşam. Doğru da yanaşmadır.
Ardınca komanda çempionatda da uğursuzluq yaşamağa başladı. Nəticələr bir kənara, arxada qalan 10 turda hələ də "Neftçi"nin hər hansı bəlli və diqqət çəkən oyun dəsti-xətti görünmür.
Çempionluq isə demək olar əldən çıxıb. Bunu da onunla bağlayırlar ki, "Qarabağ" çox güclüdür və durum normaldır.
Amma ən acınacaqlı olanı isə odur ki, "ağ qaralar" indi də ikinci pillədən uzaqlaşmaqdadır. Bu pillədə olan "Sabah"la arada 3 xallıq fərq yaranıb.
Bu tur isə məhz bu iki komanda üz-üzə gələcək. Növbəti məğlubiyyət ikinciliklə də böyük ölçüdə vidalaşmaq demək olacaq.
Belədə isə haqqlı sual yaranacaq ki, məgər ötən mövsümün sonu Samir Abasov buna görə göndərilmişdi?
Elə Abasovun rəhbərliyi altında komanda ilk ili çempion olmuşdusa, ikinci mövsümü də gümüşlə tamamlamışdı.
Regekampf kimi o da "Neftçi" ilə avrokuboklarda yalnız bir mərhələ adlaya bilmişdi. Deməli, dəyişən sadəcə zaman və şəxslərdir.
Hələki rumıniyalı mütəxəssisin vəziyyəti düzəltməsi üçün şans(lar)ı var. Bunun üçün "Sabah" məğlub edilməli, ikinci pillə isə ələ keçirilməlidir. Heç bu da "Neftçi"nin adına, hədəflərinə yaraşan yer deyil. Amma ən azından xələfin nəticəsini təkrarlamaq mütləqdir.
Əks halda istefaya hazırlaşmaq olar.
Həm də tək yox, başverənlərə birbaşa cavabdeh olan rəhbərliklə birgə!
XANOĞLAN İMANOV

