“Neftçi”nin qol ümidi “Zirə”yə nə mesaj göndərdi?

29 Oktyabr 2022 14:00 Neftçi 1 233
“Neftçi”nin qol ümidi “Zirə”yə nə mesaj göndərdi?

Premyer Liqanın son turunda “Sabah”a 2:3 hesabıyla uduzan “Neftçi”nin növbəti rəqibi sıradan biri deyil.

“Ağ-qaralar” bu gün “Zirə”nin qonağı olacaq. Və yenə aparıcı futbolçulardan bir neçəsi budəfəki oyunda iştirak etməyəcək.

“Neftçi”nin hücumçusu Qodsvey Donyo Sportinfo.az-a açıqlamasında qələbə istəklərini gizlətməyib:

“Cəzalı və zədəli futbolçularımızın sayı kifayət qədərdir. Bəli, yenə itkilərlə oynayacağıq. Amma olsun.

Bu cür hallar futbolda qaçılmazdır. Hələ də düşdüyümüz vəziyyətdən çıxmaq və “Zirə”ni məğlub etmək bacarığımız var”.

Cari mıövsümdə Premyer Liqada 9 oyuna çıxan Qodsvey Donyo 2 qol vurub, 3 assistlə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?