"Yəqin ki, Samir Abasov nəsə fikirləşəcək"

1 Avqust 2021 19:00 Neftçi 1 398
"Yəqin ki, Samir Abasov nəsə fikirləşəcək"

"Neftçi"yə güvənirik ki, mərhələni keçə bilər. Çünki "Olimpiakos" kimi adlı-sanlı komandaya qarşı hər iki oyunda da komanda güc göstərə bildi".

Bu sözləri Sportinfo.az-a açıqlamasında Avropa Liqasının III təsnifat mərhələsində HİK-lə görüş öncəsi "Neftçi"nin şanslarını dəyərləndirən U-20 millimizin baş məşqçisi Samir Əliyev deyib.

Gənc mütəxəsis heyətdəki itkilər barədə də danışıb: "Heyətdə bəzi itkilər var. Yəqin ki, baş məşqçi nəsə fikirləşəcək. Əlbəttə, Namiqin olmamağı böyük itkidir. Ümid edək ki, Mirabdulla meydana çıxıb, komandaya fayda verəcək. Mertin yoxluğu da ciddi itki sayılmalıdır. Çünki müdafiədə problemlər var. İnanaq ki, onları əvəz edəcək futbolçular layiqli çıxış edəcəklər".

Əliyev ciddi səhvlərlə yadda qalan müdafiə xətti barədə isə bunları deyib: "Bir səhvlə Ömərin, Mbocun üzərindən xətt çəkmək olmaz. İnanaq ki, Samir Abasov bu səhvlərin üzərində işləyib və həmin futbolçulara bu barədə izah verib. Məşqçinin işi elə odur ki, belə səhvlərin üzərində işləyib növbəti oyunlar onu aradan qaldırsın. Samir Abasovun bunun öhdəsindən gələcəyinə inanaq".

42 yaşlı mütəxəssis Samir Abasovun gənc futbolçulara şans verməsini yaxşı addım kimi qiymətləndirib: "Meydana çıxan gənc futbolçuların təcrübəsiz olduqları hiss olunurdu. Məncə, Samir Abasov çox yaxşı addım atdı. Gənc futbolçuların oynaması üçün belə adlı-sanlı komandaya qarşı oyunda şans verdi. Həmin ab-havanı hiss etdilər. Bunun özü böyük təcrübədir. Qarşıda HİK-lə 2 görüş var. Nəticə imkan verərsə həmin futbolçuları yenə meydanda görərik. Gənc futbolçular belə oyunda püxtələşir".

Digər Xəbərlər
Xəbər Lenti