Baş məşqçi PUL ÜSTÜNDƏ MÜBAHİSƏ ETDİ

10 May 2021 15:00 Şamaxı 1 218
Baş məşqçi PUL ÜSTÜNDƏ MÜBAHİSƏ ETDİ

«Keşlə»nin çalışdırıcısı Sənan Qurbanovun başı problemdən açılmır.

Üç aya yaxındır paytaxt təmsilçisinin sükanı arxasında olan mütəxəssis, deyəsən, özünə söz verib ki, hər gün bir qalmaqal yaradacaq.

Yaxınlarda köməkçisi Azər Bağırovla problem yaşamışdı Məşq əsnasında ikili arasında yaranan anlaşılmazlıq daha sonra bazada mübahisəyə çevrilib.

Baş məşqçinin ona yönələn iradları ilə razılaşmayan Bağırov ona cavab qaytarıb. Belədə tərəflər bir-birlərinin ünvanına heç də xoş olmayan ifadələr işlədib.

Bağırovun Qurbanovu döymək istəməsinə səsə gələn klub nümayəndələri imkan verməyib.

Bu dəfə isə o, digər yardımçısı Zaur İsmayılovla toqquşub. Hadisə nəyin üstündə baş versə, yaxşıdır? Pula görə. Belə ki, klub rəhbərliyi ölkə kubokunun final oyununa vəsiqə qazanan kllektivə 100 min manat mükafat verib.

Qurbanovun pulun bölüşdürülməsi zamanı ədalət prinsipini pozub. O, özünə 100 faiz mükafat yazsa da, adıçəkilən köməkçisinə özündən xeyli aşağı məbləğ ayırıb. Bu da, təbii ki, İsmayılovun xoşuna gəlməyib və baş məşqçiyə etirazını bildirib.

Qurbanovun belə qərar verməməsi İsmayılovun idarəçilərə yaxın olmasından qaynaqlanıır. Rəhbərlik onun köməkçisinə daha çox etirbar edir və məsləhətləşir. Və bu, Sənan bəydə qıcıq yaradır.

Üstəlik, İsmayılov onunla bərabər «Pro» kateqoriyalı kurslara göndərilib. Qurbanov ehtiyat edir ki, klub rəsmilərinin İsmayılovla bağlı ciddi planları var və kuboku qazanmasa, onun yerinə gətirəcəklər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti