“Yeni müqavilə məsələsi məndən asılı deyil, məndən soruşursuzsa..."

24 Oktyabr 2021 15:20 İngiltərə 371
“Yeni müqavilə məsələsi məndən asılı deyil, məndən soruşursuzsa..."

“Liverpul”un ulduzu Məhəmməd Salah klubdakı gələcəyiylə bağlı açıqlama verib.

Sportinfo.az xarici mətbuata istinadən xəbər verir ki, misirli hücumçu karyerasını Mersisayd təmsilçisində bitirmək istədiyini söyləyib:

“Yeni müqavilə məsələsi məndən asılı deyil. Məndən soruşursuzsa, karyeramı burda bitirmək istərdim. Hər şey klubun əlindədir.

Özümü “Liverpul”a qarşı oynayan biri kimi görmürəm. Hazırda bu haqda danışmaq istəmirəm. Nəsə demək çətindir”.

Salahın “Liverpul”la müqaviləsi 2023-cü ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu