Birillik müqavilə bağladı - "Qarabağ" və "Neftçi"nin eks müdafiəçisi

3 Yanvar 02:20 Hadisə 963
Birillik müqavilə bağladı - "Qarabağ" və "Neftçi"nin eks müdafiəçisi

Azərbaycanda "Neftçi” və "Qarabağ”ın formasını geyinmiş Ailton Silva karyerasını ölkəsi Braziliyada davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı müdafiəçi bu ildən C Seriyasında çıxış edəcək.

Sol cinah oyunçusu "Amazonas” ilə anlaşıb. Rusiyanın "Rodina” klubundan ayrıldıqdan sonra bir ilə yaxındır futbolsuz qalan Ailton "Amazonas”la bir mövsümlük müqavilə bağlayıb.

Hazırda çempionatda üçüncü pillədə qərarlaşan komandanın hədəfi B Seriyasına yüksəlməkdir.

Ailton Silva 2015/2016 mövsümündə "Neftçi”nin, 2019/2020 mövsümündə isə "Qarabağ”ın formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"