Tanınmış azərbaycanlı futbolçu 34 yaşında karyerasını bitirdi

21 İyul 2023 02:10 Hadisə 1 195
Tanınmış azərbaycanlı futbolçu 34 yaşında karyerasını bitirdi

Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Elvin Məmmədov karyerası ilə bağlı yekun qərar qəbul edib.

Sportinfo.az xəbər verir ki, «Turan»ın yetirməsi aktiv futbolçu karyerasına son qoyub.

Məmmədov heç bir klubdan təklif almadığı üçün bu addımı atıb. O, bundan sonra karyerasına məşqçi kimi davam etməyi planlaşdırır.

34 yaşlı veteran futbolçu “Turan Tovuz”, “İnter”(indiki “Şamaxı”), “Qarabağ”, “Bakı”, “Zirə”, “Qəbələ”, “Sumqayıt”, “Şamaxı”nın formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
14 İyul 18:10 Çək və bizə göndər!
14 İyul 03:40 Avropa çempionu Bakıda