“Tottenhem”in qapıçısı Qulielmo Vikario həmyerlisi, italyan model Antonella Fiordelisi ilə münasibətdədir.
“Corriere dello Sport”un məlumatına görə, Antonella yeni il günü Londondan fotolar paylaşıb.
“Tauer Bridc”in önündə şəkil çəkdirib.





25 yaşlı italyan gözəl eyni zamanda influenserdir “İnstaqram”da 1,5 milyon izləyicisi var. Onu idmanın qılıncoynatma növü ilə məşğul olub. Model keçən il “Big Brother” (Böyük qardaş) filminin italyan versiyasına çəkilib.
Vikario keçən yay qoşulduğu London klubunda azarkeşlərin sevimlisi olmağa davam edir. 27 yaşlı qapıçı “Tottenhem”in heyətində keçirdiyi 20 matçdan beşində qapısını toxunulmaz saxlaya bilib.

Əvvəllər qılıncoynadan olan model keçən il “Big Brother”in italyan versiyasında görünüb.


