"Qalatasaray"ın daha bir sabiq legionerini Yunanıstana dəvət etdi - Fatih Terim

2 Yanvar 2024 16:55 Hadisə 1 135
"Qalatasaray"ın daha bir sabiq legionerini Yunanıstana dəvət etdi - Fatih Terim

Fatih Terim “Qalatasaray”dan tanıdığı daha bir futbolçunu “Panatinaikos”a dəvət etməyi planlaşdırır.

Sportinfo.az xəbər verir ki, türkiyəli məşqçi vaxtı ilə İstanbul klubunun şərəfini qorumuş Markaonu sərəncamında görmək istəyir.

27 yaşlı müdafiəçi 2022-ci ildə “Qalatasaray”dan “Sevilya”ya keçib.

Onun Əndəlusiya klubu ilə müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir. Markao “Atletiko Paranaense”, “Rio Ave”, “Çaveş” komandalarında oynayıb.

Fatih Terim "Qalatasaray"da birlikdə çalışdığı Yunes Belhandanı "Panatinaikos"a keçməyə razı salmaq istəyir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti