“Traktor” İran çempionatının 13-cü tur çərçivəsində “Mələvan” ilə üz-üzə gəlib.
Sportinfo.az xəbər verir ki, oyun Ənzəli şəhərində baş tutub.
Gərgin şəraitdə keçirilən qarşılaşma 0:0 başa çatıb. Bununla da, Güney Azərbaycan təmsilçisi turnir cədvəlində 3-cü yeri özündə saxlayıb.
Oyun vaxtı Gilan əyalətinin komandasının tərəfdarları “Traktor”un futbolçularını davamlı şəkildə təhqir edib, onlara butulka və başqa yad cisimlər atıb. həmçinin meydana lazer işığı salaraq, onlara problemlər yaradıblar.
Bununla bağlı Təbriz klubunun baş direktoru Huşəng Nəsirzadə oyun nəzarətçilərinə və İran Futbol Federasiyasına şikayət məktubu göndərib.

