"O, yalan danışır" - Qarabağ açıqlaması

2 Yanvar 2024 03:20 Hadisə 4 088
"O, yalan danışır" - Qarabağ açıqlaması

“Ermənistan hökuməti Qarabağdan şüurlu şəkildə imtina etdi”.

Bunu Ermənistanın 3-cü prezidenti Serj Sərkisyan deyib.

O, Nikol Paşinyanın iddialarını “yalan” adlandırıb:

“Mən Nikol Paşinyanın son müsahibəsində həmişə olduğu kimi, çoxlu yalan və təhqir gördüm. Rəhbərlik Qarabağ məsələsini “Ermənistanın başı üzərində saxlanılan dəyənək” adlandırır. Mən anlamadım, o dəyənəyi başımızın üstünə qoyan kimlərdir? Biz hansı ölkədən, kimdən danışırıq? Bəlkə, bizə milyardlarla pulsuz silah verən ölkə nəzərdə tutulur? Nə isə! Onsuz da artıq ərazi tamamilə Azərbaycana təhvil verilib (Azərbaycan Ordusu azad edib – red.).

Baş nazir bir mövzuda da yalan dedi, biz bütün sərvətimizi ora yatırmamışıq. “Dağlıq Qarabağ”ın büdcəsi həm daxili vergilər, həm də Ermənistandan alınan cüzi kreditlərdən təşkil olunurdu. Doğrudur, əlavə xərclər, silah satışı və s. kimi məsələlər də olub. Lakin bu, çox böyük məbləğ sayılmaz. Amma çox resurs yatırmışıq olsaq belə, milli problemlərimizi həll etmək üçün bu addımı atmalı idik”.

Qarabağ işğalda olduğu dövrdə burada separatizmin qorunmasına dünyanın müxtəlif ölkələri, eləcə də erməni lobbisi tərəfindən külli miqdarda maliyyə dəstəyi olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti