
Sosial media platformalarında yayılmış video marağa səbəb olub.
Azərbaycanda iki azyaşlının topla hərəkətləri görənləri valeh edib.
“Dəri kürə” ilə şou göstərən yeniyetmələri braziliyalı və argentinalılara bənzədilməsi Azərbaycanda uşaq yaşlarında bacarıqlı futbolçuların varlığının sübutu kimi qələmə verilib.
Cənubi amerikalılara xas hərəkətlər edən uşaqlar hər kəs tərəfindən alqış qazanıb. Yeniyetmələrin hansı bölgədən olmaları, futbolla peşəkar səviyyədə məşğul olub-olmamaları haqda məlumat yoxdur.
HƏBİB / SPORTİNFO.AZ
Möhtəşəm görüntülərlə siz də tanış olun.